Ana səhifə / Aktual / GÖYÇAY RƏSMİLƏRİ İCLASLARINI  İVANOVKADAKI RESTORANDA  İÇKİ MƏCLİSİ İLƏ KEÇİRİRLƏR (FOTO)

GÖYÇAY RƏSMİLƏRİ İCLASLARINI  İVANOVKADAKI RESTORANDA  İÇKİ MƏCLİSİ İLƏ KEÇİRİRLƏR (FOTO)

Parlament seçkilərinin keçirilməsinə qalan vaxt qısaldıqca yerlərdəki məmurların  maraqlı və qanunvericiliklə uzlaşmayan hərəkətləri daha çox nəzərə çarpır. Azinforum.az-ın əməkdaşları həftənin bazar günü İsmayıllı rayonunun İvanovka kəndində maraqlı halın şahidi olublar. Əməkdaşlarımızın verdiyi məlumata görə, iş gününə təsadüf etməyən həmin tarixdə qonşu Göyçay rayonunu bir qrup rəsmisi  İvanovkadakı gölün qırağındakı restoranda  qeyri – formal toplantı keçiriblər. İçki məclisi ilə davam edən həmin toplantıda iştirak edənlərin arasında qadın rəsmilər də olub.

Yerli sakinlər toplantıya rəhbərlik edən şəxsin Göyçaydan seçilən millət vəkili olduğunu bildirsələr də, biz  həmin adamı sözügədən bölgədən seçilən millət vəkillərindən heç birinə oxşatmadıq. Toplantının gedişində xanımlardan birinin təzyiqi də qalxıb. Masa arxasında oturanların yardımından sonra həmin xanımın səhəti normallaşıb. Keçirilən “iclasdakı” şüuarlar elə hündürdən səsləndirilib ki, ətarfda əyləşənlərin hamısı tərəfindən eşidilib və əsasən də seçkini əhatə edib. Ən maraqlısı isə, Göyçay rəsmilərinin niyə öz rayonlarında deyil, istirahət günündə İvanovkadakı restoranda tədbir keçirmələridir.  Bazar günü olmasına baxmayaraq, restoranın həyətində  Göyçay seriyası ilə bir neçə AA nömrəli avtomobil də olub.

Məsələni aydınlaşdırmaq üçün, Göyçay rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

Azinforum.az olaraq  sözügedən toplantıya aid fotoları təqdim edirik.

ic1

ic2

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın