Ana səhifə / Aktual / Gövhər Baxşəliyevaya AMEA-da yüksək vəzifə verildi

Gövhər Baxşəliyevaya AMEA-da yüksək vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Eyni zamanda, AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyevaya AMEA-nın vitse-prezidenti vəzifəsinin icrası tapşırılıb.

Həmçinin oxuyun

Oqtay Əliyevin dəfn yeri açıqlandı – Yenilənib

Bu gün yol qəzasında həlak olan tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil …