Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Aktual / “Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən Səfər Mehdiyev sözünə niyə əməl etmir?

“Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən Səfər Mehdiyev sözünə niyə əməl etmir?

“Gömrük xidməti general-mayoru, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” birliyinin sabiq direktoru  Ehtiram Xəlilov barəsində  4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ehtiram  Xəlilov 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin  keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. General Xəlilov 200 min manatdan artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur. Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev açıqlamalarının birində “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” demişdi”.

Bunu ekspert Qubad İbadoğlu bildirib.

“Gömrük general-mayoru Ehtiram  Xəlilovdan əvvəl  DGK-nin bir sıra işçiləri də korrupsiya ittihamı ilə həbs olunub, amma  gömrük xidməti general-polkovniki Səfər Mehdiyev hələ də iş başındadır” – Q.İbadoğlu qeyd edib.

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …