Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Gömrükçülər maşından 74 ədəd mobil telefon və aksesuarları aşkar etdi – VİDEO

Gömrükçülər maşından 74 ədəd mobil telefon və aksesuarları aşkar etdi – VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Mercedes Benz 190” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Azinforum.az  xəbər verir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama nəticəsində isə, nəqliyyat vasitəsinin arxa buferinin və salonun qabaq oturacaqlarının içərisində gizlədilmiş 145 ədəd yükləyici, 22 ədəd “X-İnova”, 27 ədəd “X-PO”, 5 ədəd “W-fide” və 20 ədəd “Odscn” markalı mobil telefonlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …