Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir – FOTO

Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir – FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovun sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26a saylı binanın yaxınlığında 3 mərtəbəli qeyri-yaşayış binası inşa olunacaq.
Yeniavaz.com xəbər verir ki, Üveysi İsmayılov tikintiyə icazəni ötən ilin dekabr ayının 29-da alıb.
Tikinti obyektinə verilən rəsmi icazədə göstərilir ki, tikinti ərazisi 120 kv. metri əhatə edəcək. Binanın ümumi sahəsi 253,7 kv. Metr, binanın ümumi həcmi isə 1494 kub metr olacaq.
Qeyd edək ki, Üveysi İsmayılov bir həftə əvvəl vəzifədən çıxarılan Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənidir. 1954-cü ildə anadan olan Rüstəm Usubov 12 avqust 2005-ci il tarixindən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsində çalışıb.



Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …