Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Aktual / Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən qovuldu – Materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi + FOTO

Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən qovuldu – Materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi + FOTO

Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.
İyul ayında Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.
Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Idarəsində xidməti araşdırma aparılmış, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf etmişlər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilmiş və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
 Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.
“Ölkə.Az”
VIPedu.BIZ

Həmçinin oxuyun

İlham Əliyevə orden verildi – Fotolar + Yenilənib

Prezident İlham Əliyev dekabrın 19-da Rusiyanın Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq …