Cümə , Oktyabr 19 2018
Ana səhifə / Aktual / Gimnaziyada biabırçılıq: direktor müavini dayəni döydü – VİDEO

Gimnaziyada biabırçılıq: direktor müavini dayəni döydü – VİDEO

Sumqayıtda internat tipli gimnaziyada direktor müvini dayəni döyərək xəstəxanalıq edib. Hər halda zərəçəkmiş qismində xəsətəxanaya yerləşdirilmiş şəxs özü belə iddia edir. Qarşı tərəf isə baş verənlərə münasibət verməkdən boyun qaçırıb. “Xəzər TV” xəbər verir ki, insident Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında olub.

Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, o növbədə olarkən, internatın çətin tərbiyə ounan uşaqlarından biri çarpayını qırıb. Bundan sonra həmin uşağın valideyni Gimnaziyaya dəvət olunub. Zərərçəkmiş iddia edir ki, uşaqdan direktor müavini Aytən Əliyevanın təkidi ilə ona qarşı izahat alınıb.

Dayə Sevil Həsənova qərəzli izahatı araşdırarkən, direktor müavini Aytən Əliyeva ilə aralarında mübahisə olub. Bu zaman direktor müavini dayəni təhqir edərək onu döyüb. Qadın zərbənin gücündən yıxılaraq baş nahiyəsindən ağır xəsarətlər alıb. Zərərçəkmiş Təcili tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Sevil Həsənovanın vəziyyəti normala doğrudur.

“Xəzər Xəbər” sözügedən Gimnaziyada olub. Özünü direktor kimi təqdim edən şəxs problemdən xəbərdar olduğunu desə də, açıqlama vermək istəməyib.

Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva isə Gimnaziyada olmasına baxmayaraq müsahibə verməkdən boyun qaçırıb.

Faktla bağlı Zərərçəkmiş iddiyası əsasında Sumqayıt şəhər Polis İdarəsində araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Nazir Qalib Rəhimovu işdən çıxardı

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Qalib Rəhimov işdən azad edilib.  “Qafqazinfo” nun …