Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “Gilan Holding”də yarpaq tökümü davam edir: Daha bir şirkət bağlanıb

“Gilan Holding”də yarpaq tökümü davam edir: Daha bir şirkət bağlanıb

“Gilan Holding”ə məxsus şirkətlərdən biri olan “Gilan Turizm” bağlanıb.

Azinforum.az  Finans.az-a istinadən xəbər verir ki, məlumatı holdinqdən də təsdiqləyiblər.

Məlumata görə, bir müddətdir şirkətlə əlaqə saxlamaq istəyən müştərilərin bu cəhdi nəticəsiz qalırmış. Belə ki, müəssisənin əlaqə nömrəsinə zəng çatmırmış.

Nə baş verdiyini araşdırmaq istəyən Finans.az “Gilan Turizm”lə əlaqə saxlamalı olur və əsl həqiqət ortaya çıxır. Məlum olur ki, şirkət artıq bir aydır, fəaliyyətini dayandırıb.

Saytın bildirdiyinə görə, “Gilan Turizm” 2005-ci ildən bütün dünyada biletlərin bronlanması və satışı, Azərbaycan və dünya üzrə bütün növ turların, həm fərdi, həm qrup şəklində, təşkili, görüş və yolasalmalar, bütün istiqamətlərdə aviabiletlər, bütün dünya üzrə otellərin bronlanması, ekskursiyalar, viza dəstəyi, nəqliyyat xidmətləri, kruizlər, sığorta, tədbirlərinin təşkili xidmətini göstərirdi. Ölkənin iqtisadi böhran keçirdiyi və turizm sektorunun rəvaca mindiyi indiki dövrdə bu qədər geniş şaxəli fəaliyyətlə məşğul ola şirkətin bağlanması təəssüf və təəccüb doğurur. Ən azı ona görə ki, ölkədə yeni iş yerlərinin açılması dövlət proqramına çevrildiyi halda “Gilan Turizm”in üzləşdiyi bu aqibət xeyli sayda insanın işsizlər qalması deməkdir.

Maraqlıdır ki, “Gilan Holding”də yarpaq tökümü yeni başlanmayıb. Təkcə ötən ilin son həftələrində holdinqin 3 şirkəti bağlandığını rəsmən elan etmişdi. Həmin şirkətlər bunlar idi: “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC.

“Gilan Holding”dən ard-arda gələn şirkətlərin bağlanması xəbəri, artıq neçə müddətdir ki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus təsərrüfatların əl dəyişdirdiyi və ya sıradan çıxarıldığı barədə yayılan informasiyalarla birləşincə, bu ixtisarların iqtisadi xarakter daşımadığı aydınlaşır. Xatırladaq ki, təxminən iki ay əvvəl “fövqəlnazir”in xeyir-duası ilə ərsəyə gəlmiş “APA Holding” də fəaliyyətini dayandırmışdı.

Əldə etdiyimiz məlumatlara görə, “Gilan Holding”in digər şirkətlərində də vəziyyət ürəkaçan deyil.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …