Cümə axşamı , Mart 28 2024
Ana səhifə / GENERALIN QARDAŞI 2 BACININ ÖLÜMÜNDƏ İTTİHAM OLUNUR! – Lənkərandan ŞİKAYƏT

GENERALIN QARDAŞI 2 BACININ ÖLÜMÜNDƏ İTTİHAM OLUNUR! – Lənkərandan ŞİKAYƏT

Lənkəran şəhəri, Nizami küçəsi ev 39 ünvanında müvəqqəti qeydiyyat əsasında yaşayan Rusiya Federasiyası vətəndaşı İbrahimova Səadət Fərhad qızı tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Surəti “AzPolitika.info”ya daxil olan həmin məktubu qısa ixtisarla dərc edirik:

“Cənab Prezident! Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayevin sərxoş vəziyyətdə idarə etdiyi avtomobilin 4 il əvvəl – 2012-ci ilin aprel ayının 12-də rayonun Sutəmurdov kəndi ərazisində, axşam saat 21 radələrində bacılarım – 1963-cü il təvəllüdlü Kərimova Zəminə Fərhad qızını və 1966-cı il təvəllüdlü Əliyeva Arzu Fərhad qızını yolu keçərkən vurması nəticəsində hər ikisi ölmüşdür. Həmin dövrdə Səmədağa Abdullayev Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini işləyirdi.

Bu avtoqəza nəticəsində iki ailə məhv oldu. S.Abdullayev qəza hadisəsini sürücüsü Zaur Əsgərovun boynuna qoyaraq, özünü məsuliyyətdən qurtardı. Prokurorluq və məhkəmə istintaqı qəza hadisəsini obyektiv araşdırmadı. Hətta bizə çatan informasiyalara görə, Lənkəran İH Başçısı Taleh Qaraşov müşavirədə S.Abdullayevə “sənin qatil olmağın və korrupsioner əməllərin barədə kütləvi şikayətlər var, biz bir yerdə işləyə bilmərik” deyərək, onu müavin vəzifəsindən azad edib.

1458400662786549249_1000x669Bir həftə keçməmiş – bacılarımın kəfənləri saralmamış hərbi xidmətdə olmayan, ixtisasca riyaziyyatçı Səmədağa Abdullayevə qardaşı, Dövlət Sərhəd Xidməti Maddi-Təminat İdarəsi rəisinin birinci müavini, general-mayor Cavid Abdullayevin himayəsi ilə, rütbə verilərək, onu Lənkəran Regional Miqrasiya İdarəsinə rəis təyin etdilər. Ona“Cip” modelində xidməti avtomobil də verildi.
Məgər general qardaşı olmaq qudurğanlığa, məmur harınlığına əsas verir? Yaxud Azərbaycanda maliyyəçi Cavid Abdullayevdən başqa general yoxdur?!
18 iyun – İnsan Hüquqları günü münasibətilə, nə qədər əcaib və dəhşətli olsa da, iki nəfərin ölümünə səbəb olmuş Səmədağa Abdullayev Lənkəran Dövlət Humanitar Kollecində insan hüquqları mövzusunda tələbələr qarşısında çıxış edir.
Mən uzun illərdir Rusiyada yaşayıram. Rusiya Federasiyası vətəndaşıyam. Bacılarım Səmədağaya məxsus şəxsi “Hyundai Sonata” markalı, 42 AA 004 dövlət nömrə nişanı bağlanmış avtomobil ilə vurulmuşdur. Həmin hadisədən qabaq icra hakimiyyəti işçiləri ziyafət məclisində olmuşlar. Hadisə zamanı sükan arxasında o dövrdə Lənkəran İcra Hakimiyyətinin Başçısının müavini, hazırda Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev olmuşdur.

Səmədağa Abdullayev iz itirmək məqsədi ilə xəstələri minik avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına deyil, Lənkəran Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasına aparmışdır. Orada ona bildirmişlər ki, xəstələrin vəziyyəti ağırdır, onları Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırmaq lazımdır. Sonradan bacılarımı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırmışlar. Xəstəxanada bacılarım aldıqları zərbələrdən vəfat etmişlər. Bacılarım xəstəxanada sağ ikən Lənkəran İH Başçısının müavini Möhübbət Babayevin sürücüsü Ağayar Əskərov izi itirmək üçün hamıya bildirirmiş ki, sükan arxasında mən olmuşam. Çünki Lənkəran İH Başçısının müavini Möhübbət Babayev Səmədağa Abdulayevlə bir yerdə işləməmişdən öncə vəzifə dostu olub və S.Abdullayevin sürücüsü Zaur Əskərov da Ağayarın qardaşıdır.

Sonradan bacılarımın ölümünə görə məsuliyyəti S.Abdullayevin təkidi ilə sürücüsü Zaur Əskərov boynuna götürmüşdür. Həmin hadisəni Səmədağa Abdullayevin törətməsi barəsində kütləvi-informasiya vasitələrində dəfələrlə yazılıb. Bu gün rayonda hamı, hətta hüquq-mühafizə orqanları əməkdaşları da hadisənin sürücü Zaur Əskərov deyil, Səmədağa Abdullayev tərəfindən törədilməsini bildirir. Məhkəmə hökmü elan olunana kimi Səmədağa adının hallanmaması üçün müxtəlif şəxsləri evimizə xahişə göndərirdi. Məhkəmə hökmü ilə sürücüsünə minimum – 6 il cəza təyin olunmasına nail oldu. Bundan sonra şikayət edən bacım Kərimova Aybəniz Fərhad qızına adamları tərəfindən onu tutduracağı ilə bağlı Səmədağa tərəfindən xəbərdarlıq edilmişdir.

Tanımadığımız müstəntiq evimizə gələrək, anamız, Rusiya Federasiyası vətəndaşı Kərimova Əsbət Abdulla qızını aldadıb, onun savadsızlığından istifadə edərək, şikayətçi olmadığı barədə imza almışdır. Prokurorluq orqanları tərəfindən istintaq zamanı həmin yol-qəza hadisəsinin Səmədağa Abdullayev tərəfindən törədilməsi ört-basdır edilmişdir. Şəxsi maraqlara görə prokurorluq orqanları əməkdaşları istintaqı düzgün aparmamışlar. 19.05.2016-cı il tarixində AR DSX rəisi Elçin Quliyevin Lənkəranda qəbulunda iştirak edərək, general-mayor Cavid Abdullayevin himayə etdiyi qardaşı S.Abdullayevin başımıza açdığı faciədən danışarkən, rəis açıq-aşkar sərxoşluqla qəza törətmiş Səmədağanı müdafiə edib, “sürücü kimi hər kəsin başına belə iş gələ bilər” deyə bildirdi.

Hadisə zamanı Lənkəran Mərkəzi Stadionunun müşahidə kameralarında olan qeydlər götürülməmişdir. Bundan başqa, DYP inzibati protokol tərtib etməmişdir. Sonuncu dəfə Sizə və Baş Prokurora müraciətimizə prokurorluq orqanında obyektiv baxılmadı. 24.06.2016-cı il tarixində AR Baş Prokurorunun Lerikdə keçirdiyi vətəndaş qəbulunda iştirak etmək üçün 16.06.2016-cı il tarixində elektron müraciət etsəm də, məni qəbul etmədilər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli hökmü ilə ilə Zaur Əskərov AR Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bizə çatan informasiyalara görə, Zaur Əskərov adı həbsxanada olsa da, cəzasının 4 ilini həbsxanada yatmamışdır. Onu tanıyanlar bir neçə dəfə onu Bakı şəhərində görmüşlər. Bununla bağlı AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciətimizə də bu orqandan cavab verilmədi. May ayının əvvəllərindən Zaur Əskərovun adı məntəqə tipli cəzaçəkmə müəssisəsində olsa da, öz evindədir. Biz, şikayətçi olduğumuz və avtoqəzada iki şəxs öldürüldüyü halda, 6 il həbs ilə cəza alır və həmin cəzanın 3/1 hissəsini adı cəzaçəkmə müəssisəsində olmaqla, evində keçirir. Əgər Zaur Əskərov qəzanı özü törətsəydi, 6 ildən çox cəza alar və 4 il müddətinə həbsdən çıxa bilməzdi. S.Abdullayev bütün vasitələrlə şikayətlərimizin qarşısını ala bilmişdir.

Bu cinayət hadisəsi ilə bağlı çoxlu şikayət məktubları yazmışıq. Biz, Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayevin bu hadisə ilə bağlı istitaqa cəlb edilməsini istəyirik. Hüquq-mühafizə orqanları tərəfindən şikayətlərimizə baxılmır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2016-cı il tarixli hökmünə Baş Prokurorluq tərəfindən protest verilərək, işin yenidən baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi tələbimizdir. Müraciətimizin nəzarətə götürülərək, baxılmasını xahiş edirik”.

P.S. Məktubda göstərilənlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın