Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Generalın bacısı oğlu ilə polkovnik haqda yeni iddia: “Ekologiya postu”nun keçmiş rəisinə yüksək vəzifə veriləcək?

Generalın bacısı oğlu ilə polkovnik haqda yeni iddia: “Ekologiya postu”nun keçmiş rəisinə yüksək vəzifə veriləcək?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

Azinforum.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan Fuad Mayılovun təyin olunması gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər “Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb. Həmin vaxtı onun haqqında təkzib olunmayan xeyli qalmaqallı məlumatlar yayılıb.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …