Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Generalın 2 milyonluq mülki özünə qaytarıldı: Nə baş verir? – VƏKİLDƏN AÇIQLAMA

Generalın 2 milyonluq mülki özünə qaytarıldı: Nə baş verir? – VƏKİLDƏN AÇIQLAMA

Bir neçə gün öncə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlak üzərindən həbs görürüldü.

Doğrusu, bu hadisə son illərin anoloji məhkəmə proseslərinə nəzər saldıqda ilk fakt kimi görünür. Daha dəqiq desək, mediada başqa bir şəxsin üzərinə həbs qoyulmuş əmlaklarının sonradan onun mülklərinin üzərindən həbs götürülməsi faktına rast gəlməmişik.

Bəs nə baş verir? Hansı əsasla müsadirə olunmuş əmlakların üzərindən həbs qərarı götürülə bilər? Daha əvvəllər də belə bir fakt yaşanıbmı? Başqa hansı tanınmışların üzərinə həbs qoyulmuş mülkləri özlərinə və ya ailə üzvlərinə qaytarılıb?

Suallarımızı tanınmış vəkil Cavad Cavadova ünvanladıq.

Azinforum.az-ın məlumatına görə, vəkil Cavad Cavadov Publika.az-a açıqlamasında bildirdi ki, bu yaxınlarda Konstitusiya Məhkəməsinin “Cəzaların icrası məcəlləsi”nin “Cinayət prosessual məcəlləsi”, konkret olaraq əmlakların üzərinə həbs qoyulması, onların müsadirə olunması ilə bağlı qərarı qəbul olunub. Vəkilin fikrincə, əslində həmin qərara ehtiyac yox idi: “Amma Konstitusiya Məhkəməsinin qərarı bütün dövlət qurumları, məhkəmələr və digər qurumlar üçün məcburidir:

“Həmin qərara görə, hansısa əmlakın, xüsusi müsadirə tələb olunan əmlakın və yaxud mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulmuş əmlakın təqsirləndirilən şəxsə, məhkuma məxsus olmasını istintaq orqanı və ya məhkəmələr sübuta yetirməlidirlər. Bizdə bir qayda olaraq məhkumun bütün qohumlarının, yaxınlarının və kənar şəxslərin adlarına olan əmlaklara istintaq orqanı həbs qoyur. Mövlam Şıxəliyevin həbsdən azad edilmiş əmlakları ilə bağlı konkret nəsə deyə bilmərəm. Amma məhkəmə həmin mülklərin Mövlam Şıxəliyevə aidiyyatı olmadığıını müyyənləşdirirsə, o zaman haqlı olaraq bu əmlakları həbsdən azad edib. Bu, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Yəqin məhkəmə həmin hallarla bağlı hər hansı sübut əldə edə bilməyib”.

Bəs həbs olunan şəxsin özünün əmlakına həbs qoyulub sonradan onun üzərindən həbs götürülməsi mümkündürmü?

Cavad Cavadov hesab edir ki, bu mümkün deyil:

“Həbs olunan şəxsin öz adına olan əmlakların birbaşa üzərinə həbs qoyulur. Onlarla bağlı xüsusi müsadirə qaydası seçilir. Həmin mülklərin açıq hərracla satılması, yəni mülki iddianın yönəldilməsi birbaşa məhkəmə qərarı ilə həyata keçirilir.Yəni birmənalı olaraq qayda bu cürdür. Bundan başqa, istintaq orqanı sübut etməlidir ki, bu əmlak kənar şəxsin adına olsa da, Mövlaş Şıxəliyevə aiddir. Bir də görürsünüz ki, istintaq orqanı bunu sübuta yetirə bilmir. Konstitusiya Məhkəməsinin əmlakların həbsdən azad olunması ilə bağlı qərarı qəbul olunandan sonra məhkəmə praktikası artıb. Biz görürük ki, məhkəmələr üzərinə əsassız həbslər qoyulmuş qərarları götürürlər. Eyni zamanda, bizim məhkəmənin qərarına etimadsızlıq göstərmək üçün hər hansı əsasımız yoxdur. Məhkəmə və istintaq orqanları ilk növbədə sübut etməlidir ki, həmin mülklər kənar şəxslərin adınadır. Hətta belə olan təqdirdə başqasının adına olsa da, faktiki olaraq Mövlam Şıxəliyevə məxsusluğu sübuta yetirilməlidir. Hətta bu nüans da azlıq edir. İstintaq müəyyən etməlidir ki, haqqında bəhs olunan mülklər verilmiş ittiham dövründə həmin pullar hesabına əldə olunub. Bununla bağlı qaydalar çox ciddidir”.

Bəs bundan əvvəl hansısa tanınmış şəxslərin müsadirə olunmuş əmlakları geri qaytarılıbmı?

Bu suala da Cavad Cavadovun cavabı birmənalı olub: “Bəli, belə hallara çox rast gəlmişəm. Daha əvvəllər də belə hallar olub. Yəni, bu praktika əvvəldən mövcuddur. Sadəcə olaraq mətbuatdan kənar qalıb, işıqlandırılmayıb. Həmin tanınmış şəxslərin adını çəkmək istəmirəm. Amma bu cür hallar olub”.
 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …