Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.
Azinforum.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə gömrük xidməti general-mayor İsmayıl Hüseynovgətirilib. Təyinat bu günlərdə həyata keçirilib.
DGK-nın mətbuat xidməti də məlumatı təsdiqləyib.
Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu.