Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / General yanan bina ilə bağlı “Azərsu”ya ittihamını geri götürdü: “Onu nəzərdə tutmurdum

General yanan bina ilə bağlı “Azərsu”ya ittihamını geri götürdü: “Onu nəzərdə tutmurdum

“Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam”.
Bunu bu gün APA-ya açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.
Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …