Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / GENERAL RAMİZ ZEYNALOVUN SÜRÜCÜSÜ VƏTƏNDAŞA MƏXSUS ƏRAZİNİ NECƏ ZƏBT EDİB? – VİDEO

GENERAL RAMİZ ZEYNALOVUN SÜRÜCÜSÜ VƏTƏNDAŞA MƏXSUS ƏRAZİNİ NECƏ ZƏBT EDİB? – VİDEO

Bakı şəhər sakini Muradov Elşad Ərşad oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək bildirib ki, qanuni əsaslarla ona məxsus olan ərazi Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin rəisi,  general Ramiz Zeynalovun sabiq sürücüsü Kamil Fərzəliyev tərəfindən zəbt olunub. Şikayətçinin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda göstərilir ki, Baş Dövlət Yol Polisi İdarəsinə yaxın  yerdə onlara 24 kvadrat metrdə tikili inşa etmək üçün icazə verilib. Onlar işə başlayanda məlum olub ki, həmin ərazidə hansısa qüdrətli bir adam böyük tikili inşa etdirməyi planlaşdırır. Şikayətçi bildirir ki, həmin vaxt onlara Ramiz Zeynalovun adından tikilini dayandırmağı tələb ediblər:

 

ser1

 

“Sonra biz müxtəlif cəhdlər etdik ki, öz halal torpağımızda nəsə tikək, yenə alınmadı.  Həmin vaxt Kamil Fərzəliyev Ramiz Zeynalovun sürücüsü işləyirdi. Hazırda o, təqaüddədir və gedən proseslərdən məlum oldu ki, mənə məxsus olan ərazini də zəbt edərək hasarına qatdıqları böyük bir tikilinin qanuni sahibi qismində Ramiz Zeynalovun sabiq sürcüsü çıxış edir.  Bütün yerlərdən əlim üzüləndən sonra, mən qanuni haqqımı tələb etmək üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə müraciət etdim. Hakim Tale Kərimovun sədrliyilə keçirilən prosesdə mənə qanuni haqlarımı həyata keçirməyə mane olan halların aradan qaldırılmasına dair qərar çıxarıldı. Sadə dillə desək, mənim iddiam təmin olundu. Çox təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti təmin edildi. Həmin qərara əsasən mən yenə öz qanuni haqlarımdan mərhum olmuşam.

 

ser0

 

Təbiidir ki, haqqımın tanınması üçün daha yuxarı məhkəmə instansiyasına müraciət edəcəm. Ancaq mənə açıq sürətdə deyirlər ki, arxasında qüdrətli adamların durduğu prosesi udmaq şansım yoxdur. Bu səbədən də sizin sayt vasitəsilə məsələni ictimailəşdirmək qərarına gəldim ki, bu məsələyə həm də ictimai nəzarət olsun.  Mən öz halal haqqımdan başqa nəsə tələb etmirəm. Adi bir sürücünün deyilən həcmdə mülkə sahib olması inandırıcı görünmür. Çox yaxşı olardı ki, Kamil Fərzəliyevin güvəndiyi adamlar halallıq prinsipini təmin olunmasına cəhd etsinlər”.

Yazıda adları hallanan bütün şəxslərin mövqeyinə yer verməyə hazırıq.

 

ser2

qet

qet1

r1

r

 

Rövşən ƏLİ

AZİNFORUM.AZ

 

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …

Bir cavab yazın