Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / GENERAL RAMİZ ZEYNALOV İŞDƏN AZAD EDİLMƏSİ ÜÇÜN NAZİRƏ MÜRACİƏT EDİB? – Açıqlama

GENERAL RAMİZ ZEYNALOV İŞDƏN AZAD EDİLMƏSİ ÜÇÜN NAZİRƏ MÜRACİƏT EDİB? – Açıqlama

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət edib. Bu barədə bizimyol.info-ya daxil olan məlumatda bildilir.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bizimyol.info-ya açıqlamasında bu məlumatı təkzib edib: “Generalın Ramiz Zeynalov vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …