Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / GENERAL PREZİDENTDƏN ƏFV İSTƏDİ – “Qara Kəmər” işində mühüm yenilik

GENERAL PREZİDENTDƏN ƏFV İSTƏDİ – “Qara Kəmər” işində mühüm yenilik

2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilərək ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general-mayor Zakir Nəsirovun ailəsi generalın əfv edilməsi üçün Prezidentə müraciət edib.

Bu barədə Trend-ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.
Müraciətdə Z.Nəsirovun heç bir günahı olmadan həbs edildiyi bildirilib və buna görə də Prezidentdən generalın əfv edilməsi xahiş olunub.

A.İsmayılov bildirib ki, cinayət işinin yenilənməsi və Z.Nəsirovun işinə yenidən baxılması üçün hələlik generalın ailə üzvləri ona müraciət etməyiblər.

Xatırladaq ki, bu ilin oktyabr ayında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra ölkədə adam oğurluğu və çoxsaylı qətllər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, 2005-ci ildən indiyədək Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin) İstintaq təcridxanasında saxlanılan Hacı Məmmədov yenidən vəkil tələb edərək cinayət işinin yenilənməsini və ömürlük həbs edilən Z.Nəsirovun azadlığa buraxılmasını istəyib.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …

Bir cavab yazın