Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / General: Məhərrəm ayı ilə əlaqədar zəruri tədbirlər görüləcək

General: Məhərrəm ayı ilə əlaqədar zəruri tədbirlər görüləcək

Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcək.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov Məhərrəm ayı ilə bağlı BŞBPİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə deyib.
S.Bağırov dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib.
“Bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəm ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcək”, – deyə o bildirib.

Həmçinin oxuyun

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib. APA-nın Moskva bürosunun xəbərinə görə, bu barədə …