Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Aktual / “General-leytenant” rütbəsi alan hərbçilər – FOTO

“General-leytenant” rütbəsi alan hərbçilər – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var.

Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.

Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.

Fotoda: Zakir Ağayev

Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.
Fotoda: Azər Əliyev

Həmçinin oxuyun

Sadiq Qurbanov – Küləkli hava şəraiti ilə əlaqədar yanğının qarşısını almaq çox çətinləşir

Təəssüf olsun ki, Şabran rayonunda baş vermiş yanğının küləkli hava şəraiti ilə əlaqədar qarşısını almaq …