Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / General İlham Əliyevin qəbulunda – Foto

General İlham Əliyevin qəbulunda – Foto

Prezident İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunulub.

Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğulayıb, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini deyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …