Ana səhifə / Aktual / “General elədiyi hərəkətə görə cavabdehdir”- Elton Məmmədovdan qohumunun jurnalisti söyməsinə reaksiya

“General elədiyi hərəkətə görə cavabdehdir”- Elton Məmmədovdan qohumunun jurnalisti söyməsinə reaksiya

Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalist Əli Cahangiroğlunun sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən onun ağır söyüşlərələ təhqir olunması ilə bağlı xəbər vermişdik.

Baş verən olay artıq cəmiyyət tərəfindən tənqid edilib.Bir çox millət vəkilləri ziyalılar, sosial şəbəkələrdən istifadə edən adi insanlar general Ərziman Əliyevi sərt tənqid edərək onun düzgün addım atmadığını bildiriblər.

Bizim Yol məsələ ilə bağlı keçmiş millət vəkili, eks nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və adıçəkilən general Ərziaman Əliyevin yaxın qohumu Elton Məmmədova müraciət edib. O saytımıza açıqlamasında generalın bu hərəkətini pislədiyini bildirib.

“Hər bir vətandaş özünə və hərəkətinə davranışına görə cavabdehdir. Kimsə kiminsə yerinə cavabdehlik daşımır. Mən bu yerdə Ulu öndər Heydər Əliyevin bir kəlməsini yada salmaq istəyirəm. “Tənqidi məqsədəuyğun hesab edirəm, təhqir isə yolverilməzdir. Bütün hallarda o təmkinli olmalı idi. Onunla yaxın münasibəti olan biri kimi deyirəm, hələ qohumluğu qoyaq qırağa, biz ondan əvvəl dostuq. Qohum olsa mən insan haqda düzünü deyirəm, həm də Daxili işlər orqanının bir generalı kimi deyirəm ki, o təmkinli olmalı idi. Ola bilər, insandı da təmkinli olmalı idi, olmayıb. Onun insan kimi şəxsiyyətinə hörmətim var. Bu hərəkət barədə onunla danışmamışam, müzakirə etməmişəm. Çünki elədiyi hərəkətə görə özü cababdehdir.”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …