Şənbə , Yanvar 16 2021
Ana səhifə / Aktual / GENERAL DEPUTATLIĞA NAMİZƏDLİYİNİ İRƏLİ SÜRDÜ – “Ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq…”

GENERAL DEPUTATLIĞA NAMİZƏDLİYİNİ İRƏLİ SÜRDÜ – “Ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq…”

Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək. General Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb. Bu barədə general öz şəxsi feysbuk səhifəsində məlumat verib:

“Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.

Xatırladaq ki, general-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşməsinin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsinə təyin olunub. 2009-cu ildən hərbi qulluqdan istefaya göndərilib. Əslən Lənkəran rayonundandır.

Həmçinin oxuyun

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? – I HİSSƏ – TƏHLİL

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri …