Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Aktual / General Bakıdakı at yarışında – Fotolar+Video

General Bakıdakı at yarışında – Fotolar+Video

Bakıda Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, turnirdə ümumilikdə 8 komanda iştirak edib.

3-cü yer uğrunda matçda “Polad” və “Buta Qolden” komandaları üz-üzə gəlib. Qarşılaşma “Polad” komandasının 2:1 üstünlüyü ilə yekunlaşıb.

Final görüşündə isə “Sərhədçi” “Omar”la qarşılaşıb. Açıq-aşkar üstün olan “Sərhədçi” komandası qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub.

Həlledici oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev təqdim edib.

Elsevər

Fotolar+Video: Pərvin Zeynal
















Həmçinin oxuyun

“Qorbaçov “peşka” idi, SSRİ-ni Andropovun adamları dağıtdı- MÜSAHİBƏ

SSRİ-nin süqutundan illər keçsə də, bu böyük imperiyanın dağılma səbəbləri hələ də müzakirə olunur. SSRİ-nin …