Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Gecə klubunda partlayış: General Bakıda yanğın təhlükəsizliyini kimlərə tapşırıb? – ADLAR

Gecə klubunda partlayış: General Bakıda yanğın təhlükəsizliyini kimlərə tapşırıb? – ADLAR

Xəbər verdiyimiz kimi, Səbail rayonunda yerləşən “Location” gecə klubunda baş verən partlayışa görə üç nəfər saxlalıb. Bunlar iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi – klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi İdarəsinin inspektoru Ruslan Məmmədovdur. Dia.az xəbər verir ki, qaynarinfo Ruslan Məmmədovun saxlanılmasının səbəbini araşdırıb. Məlum olub ki, “Location” gecə klubunun yerləşdiyi sahə üzrə yanğın nəzarətinə məhsul şəxs inspektor Ruslan Məmmədovdur. 

Baş verən hadisə ilə bağlı 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov da hüquq-mühafizə orqanları tərəfindən dindirilib. 

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovdur. 

Generalın rəhbəri olduğu qurumun Bakı şəhəri üzrə 4 idarəsi mövcuddur:

1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis polkovnik-leytenant Rauf Qurbanov
2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov
3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəis daxili xidmət mayoru Mircavad Seyidov
4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi – Rəisi Səyavuş Qasımov
 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …