Bazar ertəsi , Oktyabr 25 2021
Ana səhifə / Aktual / “Gazelli Group”un anbarındakı yanğın söndürüüb, 10 nəfər tüstüdən zəhərlənib – FOTOLAR

“Gazelli Group”un anbarındakı yanğın söndürüüb, 10 nəfər tüstüdən zəhərlənib – FOTOLAR

“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.
“Gazelli Group” şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko “Facebook” səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.
“Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq”, – deyə Y. Sidorenko qeyd edib.

Həmçinin oxuyun

Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı …

Bir cavab yazın