Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Gah düşür, gah da qalxır, təşvişə ehtiyac yoxdur” – NAZİR

“Gah düşür, gah da qalxır, təşvişə ehtiyac yoxdur” – NAZİR

“Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur”. 

Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

“Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb. Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyyatlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik”, – o qeyd edib. Report

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …