Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Gənclər və idman naziri Azərbaycan millətindən üzr istəməlidir” – Azərbaycanlı millət vəkili, FOTOLAR

“Gənclər və idman naziri Azərbaycan millətindən üzr istəməlidir” – Azərbaycanlı millət vəkili, FOTOLAR

Novruz bayramı ərəfəsində Tehranda keçirilən voleybol matçı zamanı azərbaycanlı azarkeşlərin polislər tərəfindən amansızcasına döyülməsinə qarşı başladılan etirazlar böyüməkdədir.
Azinforum.az  GünazTV-yə istinadən bildirir ki, Urmiyalı millət vəkili Nadir Qazipur məsələyə münasibətini açıqlayıb. O, baş verən olayın səbəkarı kimi Gənclər və İdman Nazirliyini suçlayıb: “Oyunların sırası nəzərə alındıqda, nə üçün Urmiyanın “Şəhrdari” komandası ilə Tehranın “Peykan”komandası Tehranda qarşılaşmalı idi? Nə üçün 12 min nəfərlik stadion olduğu halda, yarış kiçik bir stadionda keçirilməli idi? Mən olayın səbəbini Gənclər və İdman Nazirliyində görürəm. Nazirlik Azərbaycan millətindən üzr istəməlidir”.
Millət vəkili polis zorakılığını da kəskin qınayıb: “Polis qüvvələri gəncləri və 10 yaşlı uşağı amansızcasına dəyənəklə döyüblər. Hadisə ilə bağlı daxili işlər naziri, Gənclər və İdman naziri, Polis idarəsi, Tehran Valiliyi və Teleradio şirkətindən şikayətimiz var və onlar Azərbaycan millətindən üzr istəməlidirlər”.
Qeyd edək ki, martın 18-də Tehranın “Peykan” və Urmiyanın “Şəhrdari” komandası arasında keçirilən voleybol qarşılaşmasında “Şəhrdari” komandasının azərbaycanlı azarkeşləri polis qüvvələrinin amansız hücumuna məruz qalmışdı.



Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın