Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Gənclər Mübariz İbrahimovun məzarını ziyarət etdilər

Gənclər Mübariz İbrahimovun məzarını ziyarət etdilər

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal paytaxt gəncləri  Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edənlər cəsur Azərbaycan oğlu Mübariz İbrahimovun igidliyindən danışıb, şəhidliyin ən uca zirvə olduğunu vurğulayıblar.  Qeyd edilıb ki, bu hadisə düşmənə Azərbaycan ordusunun və bütövlükdə vətəndaşlarının torpaqlarımızın işğal altında olması faktı ilə barışmayacağı haqqında qətiyyətli mesaj və böyük zərbə olub.

Sonra vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …