Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Gənc Tamaşaçılar Teatrının tavanı çöküb – “Hadisə baş verən zaman zalda heç kim olmayıb”

Gənc Tamaşaçılar Teatrının tavanı çöküb – “Hadisə baş verən zaman zalda heç kim olmayıb”

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

“Report”un xəbərinə görə, hadisə bir neçə gün bundan əvvəl baş verib.

Faktı “Report”a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: “Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq”.

Qeyd edək ki, “Facebook”da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …