Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gənc müğənni Qənirə Paşayevanın sözlərinə mahnı oxudu – Video- Fotolar

Gənc müğənni Qənirə Paşayevanın sözlərinə mahnı oxudu – Video- Fotolar

“Azərbaycanın səsi-2” müsabiqəsinin finalisti, gənc müğənni Cəmalə yeni mahnısını təqdim edib. 

Musavat.com xəbər verir ki, sözləri Qənirə Paşayevaya, musiqisi Aynur Adilqızına məxsus olan bəstə “Gələrəm” adlanır. Mahnının aranjemanını Elvin Musayev edib. Müsabiqədən sonrakı yeni işi haqda danışan ifaçı məsuliyyətlə çalışdığını deyib: “Bu sənəti çox sevirəm. Müsabiqə mənim üçün bir yol oldu. Tamaşaçılar da məni “Azərbaycanın səsi”ndən tanıdılar. Bu mahnı mənim müsabiqədən sonrakı ilk işimdir. Uzun müddətdir ki, üzərində çalışıram. Istəyim keyfiyyətli iş ərsəyə gətirmək idi. Ona görə məsuliyyət, səbirlə, tələsmədən yeni layihəmi hazırladım. Mahnını dinləyənlər çox bəyəndilər. İnanıram ki, dinləyicilərin də ürəyincə olacaq”.

Qeyd edək ki, Cəmalə uşaq yaşlarından Oqtay Zülfüqarovun, “Bənövşə” uşaq xorunun ansamblının solisti olub.

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın