Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər – mühafizəçisi və özü yaralandı (YENİLƏNİB 3)

Gəncənin İcra başçısı Elmar Vəliyevi güllələdilər – mühafizəçisi və özü yaralandı (YENİLƏNİB 3)

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Musavat.com bildirir ki, bu barədə son saatlarda məlumatlar dolaşır. Müxtəlif versiyalar var, lakin bütün versilalara görə icra başçısı sağdır.

APA-nın əldə etdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

***

Musavat.com -un Gəncədəki qaynaqları isə iddia edirlər ki, Azərbaycanın ən güclü icra başçılarından olan Elmar Vəliyevin özü də yaralıdır və hazırda Gəncədə, xəstəxanada müalicə alır.

Bəzi iddialara görə isə, onun yaralı olan mühafizəçisi keçinib. Bu barədə bir çox qaynaqlar təsdiqedici məlumatlar yayıblar.

***

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

****

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

****

Sui -qəsd barədə axar.az saytı da xəbər yayıb.

Orada ən mühüm detal budur ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hücum edən 1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində başından və qarın nahiyəsindən ağır yaralanıb.

Axar.az iddia edir ki, hazırda E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasında əməliyyat olunur.

Başçının Bakıda yaşayan ailəsi təcili Gəncəyə yola düşüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …