Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Gəncədə tanınmış cərrah vəzifə başında ölüb

Gəncədə tanınmış cərrah vəzifə başında ölüb

Gəncə şəhərində tanınmış cərrah xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın həkim-cərrahı, 61 yaşlı Adnan Xaliq oğlu İsmayılov bu gün dünyasını dəyişib.

O, işə getdikdən bir müddət sonra otağında qəflətən halı pisləşib. Dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. A.İsmayılovun ürəyində yaranmış problem səbəbindən öldüyü bildirilir.

Qeyd edək ki, A.İsmayılov 20 ildən çoxdur həkim-cərrah kimi fəaliyyət göstərib. O, bir müddət Abbas Səhhət adına 1 saylı Xəstəxananın Cərrahiyyə şöbəsinin baş həkimi də işləyib. Ailəli olub və 2 övladı var.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …