Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Gəncədə azyaşlının xəsarət aldığı bağçada 2 nəfər işdən çıxarılıb, direktora töhmət verilib

Gəncədə azyaşlının xəsarət aldığı bağçada 2 nəfər işdən çıxarılıb, direktora töhmət verilib

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 2 yaşlı Mustafazadə Saranın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.

Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.

İki yaşlı Sara Mustafazadənin üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, S. Mustafazadənin üzünü bağçadakı uşaqlardan biri dişləyib. S. Mustafazadə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …