Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Gəncə sürət qatarına maraq aşağı olub – CƏMİ 309 NƏFƏR

Gəncə sürət qatarına maraq aşağı olub – CƏMİ 309 NƏFƏR

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi DünyaAzərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin, istirahət günlərindəgücləndirilmiş iş rejimində çalışıb.

QSC-dən  verilən məlumata görə, bayram günlərində, dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib.

“Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub. Qeyd edək ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20 171 nəfər sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan xeyli çoxdur”, – deyə məlumatda bildirilir.

Похожее изображение

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə günaşırı, Bakıdan 30 dekabrdan etibarən ayın cüt günlərində, Gəncədən isə 31 dekabrdan etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib: “İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …