Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Gəncə sakini ədliyyə nazirinə müraciət etdi – VİDEO

Gəncə sakini ədliyyə nazirinə müraciət etdi – VİDEO

Gəncə sakini Mirabbas Məmmədov Gəncə İcra və Probasiya şöbəsinin özbaşınalığından Moderator.az vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədova video müraciət göndərib. Şikayətçi oğlu Məmmədov Samirə Gəncə Apellyasiya məhkəməsi tərəfindən 1il 6 ay müddətinə şərti olaraq cəza verildiyini bildirib.

Məhkəmənin qərarı ilə Samir Məmmədov hər ayın 9, 19 və 29-u İcra və Probasiya Şöbəsinə gedib qeydiyyata düşməli və şəxsin adına tərtib edilən qrafikə imza etməlidir. Gəncə İcra və Probasiya Şöbəsinin Samir adlı məmuru isə məhkəmənin çıxarmış olduğu hökümün əleyhinə gedərək şikayətçi tərəfə bildirirb ki, burada “qayadaları məhkəmənin qərar”ı yox, mən müəyyənləşdirirəm. Onun üçün də Samir Məmmədov ayda 3 dəfə yox, 4 dəfə gəlməlidir. Vətəndaş Gəncə İcra və Probasiya Şöbəsinin əməkdaşının onlarla düzgün davranmamasından, təhqiramiz yanaşmalarından və rüşvət olaraq 1000 AZN pul tələb etməsini öz video müraciətində dilə gətirib.

Sonda şikayətçi cənab ədliyyə naziri F.Məmmədovdan məhkəmə qərarlarına hörmətsizlik edən icra məmuru barəsində ölçü götürülməsini xahiş edir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …