Ana səhifə / Aktual / GƏNCƏ İCRA HAKİMİYYƏTİ KÜÇƏDƏ YATAN MANYA XANIMA NİYƏ SAHİB ÇIXMIR? – FOTO

GƏNCƏ İCRA HAKİMİYYƏTİ KÜÇƏDƏ YATAN MANYA XANIMA NİYƏ SAHİB ÇIXMIR? – FOTO

Naxçıvan MR sakini Polad İsmayılov bu yaxınlarda Gəncə şəhərində olarkən rastlaşdığı  acı bir mənzərə ilə bağlı təəssüratlarını Azinforum.az-la bölüşüb. Onun fikirlərini olduğu kimi təqdim edirik:

Bu soyuq qış günündə parklarda yatan bu yaşlı xanıma kömək edək. Gəncəlilər və şəhər rəhbərliyi buna  biganə qalmamalıdır. İki ay bundan əvvəl işlərimlə bağlı Gəncə şəhərinə getməli oldum. Axşam saatlarında şəhərin Cavadxan küşəsində bir nəfərin yerdə yatdığını gördüm. Yaxınlaşdım. Baxdım 65-70 yaşlarında bir xanımdır. Üşüdüyündən əlləri əsirdi. Bizim tərəflərdə görmədiyim mənzərələrdən biridir. Yaxınlıqdakı evlərdən isti paltar, mağazada yeyəcək bir şeylər aldım. Soyuqdan danışmağa taqəti qalmayan bu xanımın öyrəndim ki, adı Manyadır. Heç kimi də yoxdur. Uzun müddətdir buralarda qalır. Artıq mən sabahısı gün Naxçıvana qayıtmalı idim. Bir neçə gün bundan əvvəl yenə yolum Gəncəyə düşdü. Yenə Manya xala orda idi. Mənə təəccüblüdür. Niyə gəncəlilər buna biganə qalır? Məgər Gəncədə Qocalar evi yoxdurmu? Bu kimsəsiz xanıma əl uzatmağı bütün gəncəlilərdən xahiş edirəm.  Məsələnin ictimailəşməsini ona görə istədim ki, Gəncə rəbərliyi də buna biganə qalmasın , Manya xanımın  isti ocaqla təmin edilməsinə yardım göstərsinlər”.

Azinforum.az

g2

g1

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın