Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Gənclərin çoxu qayınata pulu ilə evlənirlər” – Afaq Bəşirqızı

“Gənclərin çoxu qayınata pulu ilə evlənirlər” – Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı “5-ci element” verilişinin qonağı olub. 
Axşam.az-ın məlumatına görə, aktrisa ötən ilin onun üçün çox düşərli olduğunu deyib:
“2015-ci il mənə düşdü. İnsan nədənsə şikayət edirsə, demək o zəifdir. O olan hadisədən çıxa bilmir. Qadın elə cəmiyyətdə də, ailədə də əlçatmaz olmalıdır. Elə davranmalıdır ki, həyat yoldaşı ömrü boyu ona “xanım” desin. Məsələn bizim kimi: “Afaq xanım… Bəli, Əhməd bəy”.
A.Bəşirqızı atasının adından heç vaxt istifadə etmədiyini söyləyib:
“Mən “Bəşir Səfəroğlunun qızı Afaq Bəşirqızı” titulundan çoxdan çıxmışam. Heç vaxt o adın altında yatmaq istəməmişəm.  Bu titul 1982-ci ilə qədər köməyim oldu, o da nadir hallarda. Mən heç vaxt ata-ana qayğısı görməmişəm. Bəşir bəylə Suqra xanımın nikahından 12 il sonra dünyaya gəlmişəm. Doğulandan sonra anamı, 12 yaşımda isə atamı itirdim. Məni zəmanə böyütdü. Səhnədəki yerimi kimlərsə haqlarımı tapdalamaq istəyəndə gördüm”.
Aktrisa yeni çəkilən komediya filmlərinə iradını bildirib:
“Tamaşaçı baxdığı anda gülə bilər. Amma sonra gedib yaxşı tamaşaya baxanda özünə etiraf edəcək ki, “Mən nəyə güldüm?”. Bayağı gülüşlərin yaranmasının əleyhinəyəm. Mən səhnədə sənətkar görmək istəyirəm. Mənə deyirlər ki, “Sənətkar yetişdirmək sizin borcunuzdur”. Mənim həyatda o qədər borcum var ki… (gülür) İstedadlı insanı yetişdirmək lazım deyil. Sənətkarla xalq arasında böyük pərdə olmalıdır”.
A.Bəşirqızı müasir gənlərdən də danışıb:
“O vaxt “Bəxt üzüyü”nü yazanda o hadisələr az idi. İndi həmin filmdəki hadisələr daha çoxdur. Ərə gedənlərimiz evlənənlərdən çoxdur. Gənclərin çoxu qayınata pulu ilə evlənirlər”.
163 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın