Bazar , Yanvar 16 2022
Ana səhifə / Aktual / Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilən QOCALAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli sərəncamları ilə İsmayıl Sultan oğlu İsmayılov və İntiqam Vaqif oğlu Babayev gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Modern.az işdən azad edilən nazir müavinlərinin qısa dosyelərini təqdim edir:

İsmayıl Sultan oğlu İsmayılov 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirib.

1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləyib.

1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində çalışıb.

1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləyib.

Hazırda 64 yaşı olan İsmayıl İsmayılov 2006-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

İntiqam Vaqif oğlu Babayev 22 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 247 saylı orta məktəbi bitirib. 1991-1996-cı illərdə Bakı

Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlayıb.

1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin

Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Hazırda 47 yaşı olan İntiqam Babayev 2000-ci ildən gənclər və idman nazirinin müavini vəzifəsində işləyirdi.

Həmçinin oxuyun

Ermənilər Arazdəyən-Mehri dəmir yolunun bərpasına pul tapmırlar

“Hazırda Mehri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır. Layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin …