Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Gənc yazarların özlərini şişirdilmiş piar və ya “qara piar” etməsi: nəticə qənaətbəxşdirmi?

Gənc yazarların özlərini şişirdilmiş piar və ya “qara piar” etməsi: nəticə qənaətbəxşdirmi?

Son vaxtlarda təkcə şou-biznes aləminin nümayəndələri deyil, həmçinin gənc yazarlar, şairlərin də qalmaqal yaradaraq gündəmə gəlmək istədiklərinin şahidi oluruq.

Məlumdur ki, bəzi sənətçilər özünə piar qazandırmaq üçün bilərəkdən şəxsi həyatilə bağlı qalmaqal yaratmaq, mübahisələrə girişmək, bəzən sosial şəbəkələrdə özlərinə qarşı nifrət kütləsi, “qara piar” və ya piar yaratmaq, bir sözlə adının vaxtaşırı qalmaqallarda hallanması üçün müxtəlif üsullar seçirsə, bəzi gənc şair və yazıçılar görkəmli söz ustadları haqqında tənqidi və ya təhqirli ifadələr səsləndirir və yaxud ictimaiyyəti qıcıqlandıracaq mesajlar verirlər.

Bəs, ümumiyyətlə piar və ya “qara piar” gənc yazarlara gərəklidirmi?

İlk öncə onu qeyd edək ki, piar anlayışı 20-ci əsrin əvvəllərindən başlayaraq geniş yayılmağa başlayıb. Belə ki, həmin dövrdə ilk piarlıqla məşğul olan şirkət Ziqmund Freydin yaxın qohumu Edvard Berneys tərəfindən yaradılıb. Beləliklə illər boyu bu günümüzə qədər həm siyasətçilər, həm də bir çox sahənin nümayəndələri piar şirkətləri ilə çalışır, bunun zəruri olduğunu düşünürlər. Hazırda Qərb dünyasında, inkişaf etmiş ölkələrdə bir çox piar mütəxəssisləri və belə yüksək ixtisaslı işçilərin cəlb edildiyi şirkətlər var. Bu şirkətlər zəruri piar texnologiyalarına malikdirlər. Bu cür agentliklərin və mütəxəssislərin fəaliyyəti üçün çox böyük məbləğlər, vaxt və zəhmət tələb olunur. Nəyinsə  və yaxud da kiminsə piar kampaniyasını aparmaq üçün məsələnin lap bünövrəsindən işə başlayır, cəmiyyətdə onu populyarlaşdırmağa, insanların bu şeyə müsbət yanaşmasını təmin etməsinə çalışırlar. Bəzən də insanların özləri öz piarlarını aparmağa çalışır.

“Qara piar”a gəldikdə isə, ekspertlər qeyd edir ki, bu tendensiya heç də həmişə effekt yaratmır. Çünki bəzən onun nəticələri insanların yaddaşından uzun müddət silinmir.

Mövzu ilə bağlı tanınmış şair və jurnalist Elçin Mirzəbəyli musavat.com-a danışıb: “Piar texnologiyalarından bütün dünyada istifadə edilir. Lakin bu işlə adətən peşəkarlar, piar texnoloqları məşğul olurlar. Onlar ictimai rəyi, onun həssas nöqtlərini dərindən öyrənir və öz təbliğat strategiyalarını da ciddi araşdırmaların, təhlillərin əsasında formalaşdırırlar. Azərbaycanda isə bu sahədə peşəkar fəaliyyət yoxdur. Zənnimcə, buna elə də ciddi ehtiyac duyulmur. Çünki kitablar əsasən yazarların öz vəsaitləri hesabına nəşr edilir. Naşirlər gəlirlərini öncədən əldə etdikləri üçün kitabın satılmasında və bu məqsədlə təbliğində maraqlı olmurlar. Şou-biznesə gəldikdə isə bu sahədəki vəziyyət hər kəsə bəllidir. Bizdə şou biznes yoxdur, toy və yas biznesi var. Mexanizm eynidir, amma ifaçıların üslubu fərqlidir. Yəni burada da ciddi piara bir o qədər ehtiyac yoxdur. Bu sahədə qalmaqallar adətən müğənnilərdən daha çox reytinq savaşına çıxan maqazin proqramlarının lazım olur. Bəzi gənc yazarlarımızın tarixi şəxsiyyətləri, şair və yazıçıları, mental dəyərləri top atəşinə tutmaqla gündəmə gəlmək niyyətinə gəldikdə isə, burada fərqli yanaşmanın tərəfdarıyam. Onların arasında bu və digər səbəbdən özünü büruzə verə bilməyən, həyatını qurmağı bacarmayan və bu səbəbdən də aqressivləşən insanlar var. Onlar öz natamamlıqlarının günahını cəmiyyətdə axtarırlar, qəzəblərini püskürmək üçün hər hansı bir ünvan seçirlər və hədəfə alırlar. Başqa bir qrup axına qarşı getməklə fərqlənməyə çalışır. Üçüncü bir qrup isə cəmiyyətimizin mənəvi dayaqlarını sarsıtmağa çalışan, müstəqilliyimizi, milli hədəflərimizi məqsədyönlü şəkildə gözdən salmağa çalışanlardır və belələri də adətən xaricdən idarə olunurlar. Birinciləri və ikinciləri ciddiyə almaq lazım deyil…”

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …