Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Gənc hüquqşunas Prezidentə məktub yazdı…

Gənc hüquqşunas Prezidentə məktub yazdı…

Azərbaycan Prezidenti  İlham Əliyevin ünvanına sadə vətəndaşlardan dəstək və minnətdarlıq məktubları yazılmaqda davam edir. Əslən Qərbi Azərbaycanın Dərələyəz Mahalından olan, tanınmış hüquqşünas Məleykə Cəlalzadə də ölkə başçısına öz hisslərini əks etdirən məktub ünvanlayıb. Azinforum.az həmin məktubu təqdim edir:

“ Hörmətli, cənab Prezident!

Dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir.

Sizin səyinizlə öncədən alınmış profilaktik tədbirlər nəticəsində Azərbaycanda koronovirus xəstələrinin sayı digər ölkələrə nisbətən xeyli azdır. Siz çıxışlarınızda hər bir azərbaycanlının Prezidenti olduğunuzu vurğulayırsınız. Bir daha şahid olduq ki, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə necə diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlara, xalqımıza göstərdiyi diqqət ve qayğiya görə Sizə və ailə üzvlərinə dərin təşəkkürümü bildirirəm. Bir gənc hüquqşunas kimi, fürsətdən istifadə edib belə ağır günlərdə 7/24 saat dayanmadan fəaliyyət göstərən  sədaqətli polislərə və həkimlərə də  təşəkkür edirəm!

Hörmətlə,

gənc hüquqşunas  Məleykə Cəlalzadə”

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …