Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı

Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …