Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

Gəncənin icra başçısı oğluna 6 bahalı maşın alıb – Araşdırma/Video

email sharing button

Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. 

Azinforum.az xəbər verir ki, anaxeber.info-nun  məlumatına görə, bu haqda bloger Mehman Hüseynov araşdırma aparıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub. Lakin icra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Bildirilir ki, Gəncə İH rəhbərinin oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …