Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.
“ Azinforum.az ” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Qeyd olunub ki, nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.
Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.



