Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / Gəncə terrorunda Aybəniz Haşımovanın bacısının evi də dağılıb

Gəncə terrorunda Aybəniz Haşımovanın bacısının evi də dağılıb

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub. Hadisə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

BiG.AZ xəbər verir ki, hadisə zamanı Əməkdar artist Aybəniz Haşımovanın bacısı Rənanın evi də dağılıb. Məsələ ilə bağlı BiG.AZ-ın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Telefona Aybəniz Haşımovanın yaxını cavab verib. O, bildirib ki, məlumat düzgündür:

“Mənfur ermənilərin Gəncəyə atdığı atəş nəticəsində Aybəniz xanımın bacısının evi də dağılıb. Pəncərələr cilik-cilikdir. Amma şükür özlərinə heç nə olmayıb”.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …