Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Gəncə-Moskva reysinin sərnişini bələdçiyə təyyarəyə bomba qoyması barədə yalan məlumat verib

Gəncə-Moskva reysinin sərnişini bələdçiyə təyyarəyə bomba qoyması barədə yalan məlumat verib

Gəncə-Moskva reysi ilə uçmalı olan təyyarənin sərnişinlərdən biri təyyarəyə bomba qoyması barədə bələdçiyə məlumat verib.

“Report” xəbər verir ki, təyyarəyə baxış keçirildikdən sonra məlumatın yalan olduğu üzə çıxıb.

Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb. İçərisində 174 sərnişin olan Ural Hava Yollarına məxsus təyyarə isə təyinatı üzrə Moskvaya uçub.

Qeyd edək ki, hadisə dünən Gəncə hava limanı ərazisində qeydə alınıb.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …