Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual / Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu (FOTOLAR)

Gəncə hadisələrinə görə daha 3 nəfər həbs olundu (FOTOLAR)

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğluhəbs edilib.
Azinforum.az xəbər verir ki, azvision.az-ın əldə etdiyi məlumata görə, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə Ermənistan SSR-də anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.
Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.
Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.
Rüstəmov Elman İlham oğlu 22.01.1997-ci ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –”gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə (“facebook”, “twitter”, “instagram” və s.) istifadəçiləri bir daha xəbərdarlıq olunmaqla, bəyan edilir ki, istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilir və qanunsuz çağırışlara yol verən şəxslər barəsində ən ciddi tədbirlərinin görülməsi təmin ediləcəkdir.

Həmçinin oxuyun

Aytəkin Alxaslı təltif olundu – Foto

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hazırda işsiz olan jurnalist Aytəkin Alxaslını təltif edib.  …