Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək

Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək

Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nı təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması  məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək  üçün sürücülük vəsiqələri verir.

İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

İmtahan biletləri  tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.

İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.

Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …