Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / “Gəlin, şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın” – Deputat

“Gəlin, şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın” – Deputat

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev cəbhə bölgəsində əsgər- zabitlərimizi ziyarət edib. Füzuli rayonunda aprel döyüşlərində şəhid olan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İgidliyə görə” medalı ilə təltif etdiyi Orxan Həmidovun ailəsi ilə görüşüb. Millət vəkili “feysbuk” hesabında status yazıb:
“Həmidov Orxan İbrahim oğlunun, Füzuli rayonundakı evində oldum, ailəsi, anası və oğlanları ilə görüşdüm. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ailəsini qorusun. Gəlin, şəhid ailələrini tez-tez ziyarət edək ki, onlara dil uzadanlar olmasın”, – deyə millət vəkili qeyd edib.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Adil Əliyev tez-tez cəbhə bölgəsinə səfərlər edir. Əsgər-zabitlərlə görüşür və onların qarşısında çıxışlar edir.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …