Ana səhifə / “Gəldi yenə qoz bayramı, qaz bayramı…” – Elzadan yeni şeir

“Gəldi yenə qoz bayramı, qaz bayramı…” – Elzadan yeni şeir

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
Moderator.azmüğənninin Novruz bayramına həsr etdiyi “Qaz bayramı” adlı həmin şeiri təqdim edir
Qıvrım saçlarımı alıb etdiz qaynaq, dinmədim,
Qaşlarınızı tatuaş elədiz, mənim kimi silmədiz,
Gözlərimin rəngin aldız, linza etdiz, gəlmədim,
Burnunuzu etdiz krunuz,
Dedim, mənim burnum sunuz…
Nosdu, dostdu,
Allah verən paydı,
Tostdu…
Götürün məni bu güllərlə sizin olun,
Həyatınızda bülbüllərlə cəh-cəh vurun,
Şirin olun…
Kəlmənizdə çiçək olun,
Gülüşünüzdə şimşək olun,
Olun, olun, olun-olun,
İşi tamam qoyun olun,
Qoyun olun,
Qoyun olun,
Gözəllik onun,
doqquzu donun,
Həyat onsuz bir-bir qoyun,
İşi tamamdır bir xoyun,
İndi deyəcəksiz onun?
Lap elə bunun.
Bu gün mənimdir,
Çal toyun,
Dodaqların püstələnən,
Süstələnən,
Bir soyundur…
Çünki ordan dürr tökülər,
Nur süzülər,
O dodaqdan,
Bu dodaqdan qəlbimizə,
təblərimizə…
Süzə-süzə içimizə,
hissimizə
Gəldi bahar bayramı,
Gəldi bu yaz bayramı,
Saz bayramı,
Caz bayramı,
Qoz bayramı,
Qaz bayramı…

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın