Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / “Gəl də ay Kamran, hardasan…”- Dənizdə batan gəncin anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR…

“Gəl də ay Kamran, hardasan…”- Dənizdə batan gəncin anasından ÜRƏKDAĞLAYAN SÖZLƏR…

Xəbər verdiyimiz kimi iyulun 28-də Kürdəxanı qəsəbəsindəki Ləyiş bağları çimərliyində batan dörd gəncdən ikisi Kamran Hacıquliyevlə, Murad Əzizovun meyitlərinin tapılması üçün axtarışlar davam edirdi. 
Moderator.az-ın qəsəbədə olan əməkdaşının verdiyi xəbərə görə nəhayət ki, üç gün sonra bu gün səhər saatlarında hər iki gəncin meyiti sudan çıxarılaraq morqa aparılıb. Saat 15:00-da isə gənclərin meyiti Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. 
Kamran Hacıquliyevin dəfn mərasimində iştirak edən əməkdaşımız bildirir ki, yas mərasimində hamı göz yaşlarına boğulub. Mərhumun anası ağlayaraq övladına səslənib: “Gəl də ay Kamran, hardasan?! Kamran, balam ay, balam…”. Mərhumun atası Ağaəli Hacıquliyev də övlad itkisinə görə özünə gələ bilməyib. Dəfn mərasiminə Kamranın nişanlısı da gələrək onunla vidalaşıb. 
Qeyd edəki ki, iyulun 28-də dənizdə batan dörd gənc-Kamran Hacıquliyev, Murad Əzizov, Əli Cavadov və Balopba Babayevin ölümü qəsəbə sakinlərini yasa boğub. Sakinlər bildirirlər ki, qəsəbədə heç vaxt belə faciə olmayıb. 

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …