Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Füzulidə çoban ferma sahibinin 15 yaşlı oğlunu güllələdi – VİDEO

Füzulidə çoban ferma sahibinin 15 yaşlı oğlunu güllələdi – VİDEO

Fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov təsərrüfat sahibinin oğlu 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirib.
Azinforum.az  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verib.
Öldürülən T. Musayevin yaxınları bildirib ki, yeniyetmə fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Ə. Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. İnsidentin hansı şəraitdə baş verməsi haqda heç kimin məlumatı yoxdur.
Hadisənin törədildiyi odlu silah isə təsərrüfat sahibinə məxsus olub. Silah fermada qalırmış.
Əli Məmmədov hadisədən sonra qaçıb gizlənib.
Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanılıb. Əli Məmmədov istintaqa təhvil verilib, onun dindirilməsi aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …